“Real”ın baş məşqçisi Zinəddin Zidan bu qış transfer pəncərəsinə yeni oyunçu almamağa qərar verib.
Qol.az “AS”a istinadən xəbər verir ki, fransalı mütəxəssis bu məsələdə klub rəhbərliyi ilə razılığa gəlib. Bildirilir ki, qış transfer pəncərəsində Madrid təmsilçisinin əsas məqsədi hücumçu Mariano Dias və yarımmüdafiəçi Braim Diası satmaqdır.
Xəbərdə o da qeyd olunub ki, klubda vəziyyət yaydakı kimi eynidir. Zidan “Mançester Yunayted”in futbolçusu Pol Poqbadan başqa heç kəsi almaq istəmir. Ancaq o bilir ki, klub 26 yaşlı oyunçunu hazırda heyətinə qatmağı düşünmür. Bununla bağlı rəhbərlik əvvəlcədən Zidanı məlumatlandırıb. Çünki “Real” komandanın yarımmüdafiəçisi Federiko Valverdeyə inanır. Zidanın da ona güvəndiyi bildirilib.