Azərbaycan prezidenti İlham Əliyev əməkdar artist Sevda Ələkbərzadəyə mənzil hədiyyə edib.
Zirveyolu.info xəbər verir ki, bu barədə sənətçi “1news.az”a açıqlamasında bildirib.
“Cənab İlham Əliyevə hədiyyə üçün böyük minnədarlığımı bildirirəm. Diqqəti və etibarı, mənim yaradıcılıq fəaliyyətimi yüksək qiymətləndirdiyi üçün ona minnətdaram. Sevincimi dilə gətirmək üçün söz tapa bilmirəm. Bu mənim 30 illik yaradıcılıq yubileyimə ən yaxşı hədiyyədir. Çox sağ ol, cənab Prezident”, – deyə S.Ələkbərzadə söyləyib.