Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Badamdar qəsəbəsində baş verən sürüşmə yerinə gəlib.
Oxu.Az xəbər verir ki, V. Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirib.
Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Səbail rayonunun Badamdar qəsəbəsində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.