
30 sentyabr 2025 12:06 (UTC +04:00)
İstixana qazlarının emissiyası sərhəd tanımır və bu, bir ölkənin təkbaşına öhdəsindən gələ biləcəyi problem deyil.
Bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci günü çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Əfqan İsayev deyib.
Onun sözlərinə görə, istixana qazları bu gün bütün Yer kürəsi üçün ciddi təhdid yaradır və bu problemi yalnız birgə səylərlə həll etmək mümkündür.
Vitse-prezident əlavə edib ki, heç bir ölkə bu cür qlobal problemlə təkbaşına mübarizə apara bilməz, bu məsələ yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində həll oluna bilər.




