Gürcüstanın ən böyük elektrik enerjisi təminatçısı Azərbaycandır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Elektrik Enerjisi üzrə Kommersiya Operatorunun (ESCO) məlumatında deyilir.
Bildirilir ki, ESCO cari ilin yanvar-aprel aylarında 612 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bu da 2018-ci ilin eyni dövrü isə müqayisədə 21 faiz çoxdur. Ötən il ESCO 504 milyon kilovat/saat enerji idxal etmişdi. Təkcə bu ilin aprelində Gürcüstan xaricdən 80 milyon kilovat/saat elektrik enerjisi alıb. Bu da keçən ilin müvafiq ayı ilə müqayisədə 11 milyon kilovat/saat çoxdur.