“Dövlət yol polisində aparılan islahatlar davam etdirilməlidir. Nazir Vilayət Eyvazovun polisdə apardığı islahatlar cəmiyyət tərəfindən də dəstəklənir. Artıq sürücülər də öz məsuliyyətini daha yaxşı dərk etməyə başlayıb”.
Eldəniz Cəfər
Bu barədə Bizimyol.info-ya Nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfər bildirib.
Ekspertin sözlərinə görə, son aylarda nazirə olunan müraciətlərin vətəndaşların xeyrinə, haqq-ədalətlə həll olunması da ondan xəbər verir ki, bu islahatların nəticəsi müsbət olacaq: “DYP ilə bağlı şikayətlər həddindən artıqdır. Bilirsiz ki, bəzi hallarda Yol polisi nümayəndələri lüzum olmadığı halda yolları bağılayarq süni tıxaclar yaradıb. Bu da öz növbəsində Bakının iqtisadiyyatına ziyan vurub. Vətəndaşları da naraht edib.
Təbii ki, bu şikayətlər araşdırılır və tədbirlər görülür. Biz bunun şahidiyik. Məncə, Yol polisinin sıravi mümayəndələrini Daxili Qoşunların heyəti də əvəz edə bilər. Bu zaman həmin əsgər 6 ay təlim keçdikdən sonra Yol patrul xidmətini həyata keçirə bilər. Rəhbər vəzifələr isə təbii ki, Akademiya məzunları ola bilər. Əsgərlərin Yol polisi kimi cəlb olunmasının iqtisadi səmərəsi də olar”.