Kriminal

Bakıda kişi baldızını öldürdü, arvadını bıçaqladı – Məhkəmə

Bakıda baldızını bıçaqlayaraq öldürməkdə, arvadına isə xəsarət yetirməkdə təqsirləndirilən İmişli rayon sakini, 1981-ci il təvəllüdlü Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 21-nə təyin edilib.

İttihama görə, hadisə ötən ilin sentyabrında Binəqədi şosesi, döngə 4 ünvanında baş verib.

Samir Quliyev arvadı, 1989-cu il təvəllüdlü Ruhəngiz Mahmudovaya 14 bıçaq zərbəsi vurub. O, daha sonra baldızı 1987-ci il təvəllüdlü Roza Mahmudovaya isə 5 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Yaralılar Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən 1 saylı Xəstəxanaya çatdırılsa da, Roza Mahmudovanın həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları tərəfindən Samir Quliyev saxlanılıb.

İstintaq orqanı tərəfindən Samir Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir