
Azərbaycan dilinin taleyi daim cəmiyyəti narahat edən mövzular içərisində olub. Tez-tez yenilənən qrammatik qaydalar, sözlərə edilən müəyyən dəyişikliklər mütəxəssislərlə uşaqları və ya müəllimləri üz-üzə qoyur. Təbii ki, ümumi nəticəyə müsbət təsir edən istənilən müzakirə yaxşıdır.
Biz də son vaxtlar sosial şəbəkələrdə bu mövzuya aktiv münasibət bildirən, yaratdığı kreativ məzmunlarla dil problemlərinə diqqət çəkən filoloq Dürdanə Rəhimova ilə həmsöhbət olduq. Çoxunu maraqlandıran suallara cavab tapmağa çalışdıq.





