Sosial

Bakıda yanğında ölən tələbə qızların meyitləri göndərildi

Bakıda yanğın zamanı tüstüdən boğulan 3 tələbə qızın meyitləri Şri-Lankaya göndərilib.

APA-nın “businessnews.lk” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndəliklərinin iştirakı ilə tələbələrin meyitləri paytaxt Kolomboya çatdırılıb.

Qeyd edək ki, yanvarın 10-da Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğında Şri-Lanka vətəndaşları – 23 yaşlı Tarukki Amaya, 25 yaşlı Tausi Jayavodi və 21 yaşlı Malişi Tayukidir tüstüdən boğularaq ölüblər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir