İdman

UEFA Çempionlar Liqası: “Qarabağ” “Çelsi”yə qarşı çətin sınaq qarşısında

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

“Zirveyolu.info” xəbər verir ki, təmsilçimiz İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 26-da səfərdə “Napoli” klubuna qarşı keçirəcək.

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində üç oyundan sonra 6 xal toplamağı bacarıb.

5 noyabr

UEFA Çempionlar Liqası

IV tur

Saat 21:45, “Qarabağ” – “Çelsi”.

Paylaş: