Bakıda A.F.Qarayev adına 2 saylı uşaq xəstəxanasında beş yaşlı Məmmədova Firuzə Ceyhun qızı vəfat edib.
Redaksiyamıza gələn müraciətdə beş yaşlı qızın həkim səhlənkarlığından vəfat etdiyi iddia edilir.
Oxu.Az məsələ ilə bağlı A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxlayıb.
Xəstəxanın baş həkimi Azər Xudiyev bildirib ki, 2014-cü il təvəllüdlü Məmədova Firuzə Ceyhun qızı 13 yanvar 2020-ci ildə saat 03:43-də preaqonal vəziyyətdə (ölümqabağı vəziyyət) xəstəxanaya gətirilib:
“Müayinə zamanı uşağa Plevropnevmoniya, İkincili miokardit, III-IV dərəcəli tənəffüs çatışmazlığı, III dərəcəli ürək-damar çatışmazlığı diaqnozları müəyyən edilib.
Reanimasiyada intensiv terapiya aparılıb. Ağciyərlər süni ventilyasiya aparatına qoşulub. Təxminən 10 saat ərzində aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, xəstə saat 13:35-də vəfat edib”.