İqtisadiyyat

Mikayıl Cabbarov: Strateji sənədlərin DİM-lərə uyğunluğu 70 faiz müəyyən edilib

2001-ci ildə ölkədə 49 faiz olan yoxulluq səviyyəsi bu gün 4,9 faizə qədər aşağı enib.

Oxu.Az xəbər verir ki, bunu qtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Strateji Prioritetləşdirmə Seminarında çıxışında deyib.

O bildirib ki, DİM-lərin milli prioritetlərə uyğunluğunu müəyyən etmək üçün sürətli kompleks qiymətləndirmə aparılıb:

“2016-cı ildə Azərbaycan prezidenti tərəfindən imzalanmış müvafiq fərmanla yaradılmış Dayanıqlı İnkişaf üzrə Əlaqələndirmə Şurası tərəfindən Azərbaycan üçün prioritet hesab edilən 17 məqsəd, 88 hədəf göstərici qarşıya qoyulub.

Bu hədəflər üzrə hazırlanan dövlət proqramları milli fəaliyyət proqramlarına inteqrasiya edilib.

DİM-lərin milli prioritetlərə uyğunluğunun müəyyən edilməsi üçün aparılan kompleks qiymətləndirmə və onun nəticələrinə görə, mövcud strateji sənədlərin DİM-lərə uyğunluğu 70 faiz müəyyən edilib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir