
Azərbaycan Dövlət Televiziyasının (AzTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyəyə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə xəsarət alıb.
Bu barədə “Qafqazinfo”ya R.Həsənov özü məlumat verib.
bildirib ki, dünəndən hadisə yerindədir və yaralanması təsadüfən olub.
R.Həsənov çəkiliş vaxtı yıxıldığını, ayağından xəsarətlər aldığını və xəstəxanaya yerləşdirildiyini qeyd edib.






