ABŞ-ın Texas ştatında yerləşən gecə klublarının birində açılan atəş nəticəsində iki nəfər həlak olub, beş nəfər yaralanıb.
“Krcrtv” dərgisi məlumat verir ki, San Antonio şəhərində yerləşən “Ventura” klubunda baş verən insident gecə saatlarına təsadüf edib.
Şəhər polisinin başçısı Uilyam Makmanus mətbuata verdiyi açıqlamada bildirib ki, klubda bir neçə şəxs arasında mübahisə düşüb, onlardan biri üzərində gəzdirdiyi silahı çıxararaq atəş açmağa başlayıb.
Hadisəni törədən şəxs hadisə yerindən uzaqlaşaraq gizlənib. Hazırda onun axtarışları davam etdirilir.