Şou biznes

Nura Suri: Atışma səslərini eşidəndə evdə yerə uzandıq ki…

Bu qanlı faciə yaddaşıma silinməz iz kimi həkk olunub. Bu bir millətin həm birliyi, şərəfi, qəhrəmanlığı, həm də faciəsi idi.

Bu sözləri müğənni Nura Suri Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

O, həmin dəhşətli illəri epizodlarla xatırladığını bildirib:

“1990-ci ildə mənim 13 yaşım var idi. O zaman valideyinlərim bir çoxları kimi Azadlıq meydanına gedirdi. Bir dəfə ora gedəndə məni də özləri ilə birlikdə apardılar. Nələrin baş verdiyini tam anlamırdım. Hamımız həyacan içində idik. Bu hadisələr epizodlarla yadımdadır.

Yanvarın 19-dan 20-sinə keçən gecə şəhəri atəş səsləri bürümüşdü. Bütün ailə bir yerdə olsun deyə yanvarın 19-u anam söylədi ki, nənəmgilə gedək. Bütün yollar bağlı idi. Biz o zamanlar “Sovetskiy” deyilən ərazidə yaşayırdıq. Nənəm isə səkkizinci mikrorayonda, keçmiş “Lenin”, indiki “Azadlıq” prospektində qalırdı. Yollar bağlı olduğundan nənəmgilə ayaqla yürüyərək getdik. Yollarda həddindən artıq çox insan var idi.

Atışma olan gecə nənəmin evində idik. Atışma səslərini eşitdikdə oyanıb, hamınız evdə yerə uzandıq ki, pəncərəyə güllə dəysə, biz xəsarət almayaq.

Səhərisi gün yəni yanvarın 20-si gördüklərimiz bir dəhşətli yuxuya bənzəyirdi. Amma əfsuslar olsun ki, bu, yuxu yox, acı və qorxunc reallıq idi”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir