
Rusiya Tramp marşrutu təşəbbüsünün parametrləri və Rusiyanın layihədəki mümkün iştirakı ilə bağlı Ermənistanla məsləhətləşməyə hazırdır.
“Zirveyolu.info” xəbər verir ki, bu barədə “RIA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.
Diplomatın sözlərinə görə, “bunun üçün kifayət qədər əsas var”.
M.Kalugin qeyd edib ki, söhbət marşrut üzrə üçtərəfli işçi qrupu çərçivəsində razılaşdırılmış hissədən gedir.
Rusiya XİN təmsilçisi bildirib ki, “Rusiya Dəmiryolları”nın törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmiryolları” Ermənistanın dəmiryol şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Cənubi Qafqazda Rusiya dəmiryol xəttindən istifadə olunur və Tramp marşrutu, əsasən, Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək.





