Manşet

“Qarabağın Azərbaycan olduğunu sadəcə demədi, həm də onu Azərbaycana qaytardı”

XX əsrdə xalqımız çoxsaylı siyasi, iqtisadi və sosial təlatümlər yaşadı. Xalq Şərqdə ilk respublika quruculuğu, ilk dəfə qadınlara səs hüququnun verilməsi kimi dünya miqyaslı uğurlar əldə etməklə yanaşı, həm də bolşevik işğalına və milli elitaya qarşı amansız repressiyalara məruz qaldı. İmperiya tərkibində olmasına baxmayaraq 70-ci illərdə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə sovet Azərbaycanı iqtisadi və mədəni inkişaf sahəsində milli intibah dövrünü yaşadı. 

1991-ci ildə müstəqilliyimizin bərpa olunması torpaqlarımızın işğal olunması ilə nəticələndi. Yeni tariximizin ən ağır sınaq dövründə xalq yenidən ümidini Heydər Əliyevə bağladı.

Xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev günbəgün daha böyük itkilər və daha böyük sarsıntılar gətirən müharibəyə son qoymaqla ölkənin tarixi taleyində dönüş yaratdı, qısa bir zamanda ortaya qoyduğu uğurlu enerji strategiyası ilə ölkəmizi yeni bir yola – müstəqil Azərbaycanın şərəfli quruculuq yoluna çıxara bildi. Həmin dövrün hərbi – siyasi təlatümlərindən keçərək bu günün mənzərəsini yaratmaq o zaman mümkünsüz görünürdü. Müstəqil Azərbaycana 10 illik rəhbərliyi dövründə geniş miqyaslı siyasi-iqtisadi islahatları həyata keçirməklə Heydər Əliyev ölkədə iqtisadi tənəzzülə son qoydu, ölkəyə xarici sərmayələrin axını təmin edildi və Azərbaycan özünün yeni inkişaf yoluna qədəm qoydu. Bölgədə yaranmış hərbi-siyasi vəziyyəti sabitləşdirildi, ölkəmizin qlobal siyasi və iqtisadi sistemlərə uğurlu inteqrasiyası təmin edildi. Yeni Azərbaycan dövlətinin müstəqilliyini əbədi və sarsılmaz etmək uğrunda son nəfəsinədək göstərdiyi fədakarlıq Heydər Əliyevi xalqın Ümummilli Liderinə çevirdi.

2003-cü ildə Azərbaycan xalqı Heydər Əliyev kimi müdrik bir siyasətçinin yolunu davam etdirə biləcək şəxsin yalnız İlham Əliyev olduğuna inanaraq, məhz onu ölkənin prezidenti seçdi. Beləcə Heydər Əliyevin uğurlu dövlət quruculuğu ilə başa çatan XX əsr yeni və müasir Azərbaycanın qurulması ilə başlayan XXI əsrə keçdi. 2003-cü ildən başlayaraq təxminən 20 il ərzində İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət Azərbaycanı bölgənin lider ölkəsinə çevirdi. O zamana qədər davam edən iqtisadi tənəzzül iqtisadi inkişafla əvəz olundu. Dünyanın 50 ən qüdrətli orduları sırasına çıxan Milli Ordu yaradıldı. Azərbaycanın haqlı mövqeyi beynəlxalq təşkilatlarda uğurla müdafiə olundu və nəhayət, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız məhz onun rəhbərliyi altında azad olundu.

ləyaqətlə xidmət edəcəyinə and içmiş Prezident öz andına sədaqətini əməlləri ilə sübut etdi. O, nəyi necə etməli olduğumuzu nəzəri ideyalarla yox, şəxsi nümunələri ilə göstərdi. Dövlət atributlarımızın təbliği, üçrəngli bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması, dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin qorunması Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin ən qabarıq istiqamətləri oldu.

Azərbaycanın yeni iqtisadi tərəqqi yoluna çıxması, bölgənin ən yüksək iqtisadi potensialına malik olan ölkəsi kimi tanınması, etibarlı tərəfdaş kimi qəbul olunması və sözün əsl mənasında, müstəqil dövlət kimi dünya birliyinə uğurlu inteqrasiyası məhz İlham Əliyevin prezidentliyi dövründə və onun apardığı uğurlu daxili və xarici siyasət nəticəsində reallığa çevrildi.

bütövlüyünü təmin edən Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Xalq bu misilsiz qəhrəmanlığı və təmənnasız xidməti heç vaxt unutmayacaq.

Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər, xalqımıza qazandırdığı əfsanəvi nailiyyətlər, on milyonlarla soydaşımıza yaşatdığı zəfər qüruru və milli şərəf onu bütün dünya zzərbaycanlılarının sevimlisinə çevirib.

Bu günlərdə Prezident İlham Əliyev yeni yaşını müdrik dövlət başçısı, bütün dünya azərbaycanlılarının lideri və Vətənimizin ərazi bütövlüyünü təmin etmiş qalib sərkərdə kimi qeyd edir. Milyonlarla Azərbaycanlı İlham Əliyevə minnətdarlıq hissi ilə onu təbrik edir və onunla fəxr edir. Ümumxalq məhəbbətinin doğurduğu bu səmimi təbriklərə qoşularaq dövlət başçımızı doğum günü münasibətilə təbrik edir, ona öz doğmaları ilə birlikdə möhkəm can sağlığı və Qüdrətli Azərbaycan naminə apardığı yorulmaz fəaliyyətlərində davamlı uğurlar arzulayıram.

Paylaş: