
Bu gün 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
“Zirveyolu.info” xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib.
***
Prezident İlham Əliyevin çıxışı
– Əziz idmançılar. Əziz dostlar.
Ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır – Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.
Əlbəttə ki, bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır.
Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.
ölkəmizin təqdimatının bir növüdür.
Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. Sonra təbii ki, aşağı düşdü. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu.
hadisədir, bizim üçün böyük şərəfdir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Mən əminəm ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq.
Əlbəttə, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da qeyd etdiyim kimi, bir ənənəyə çevrilib. Bu, çox gözəl ənənədir, artıq 30 ilə yaxındır ki, davam edir və hər şey ədalətli olmalıdır. Azərbaycanın idman şöhrətini ucaldan insanlar əlbəttə ki, dövlət tərəfindən qiymətləndirilməlidir və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir.
Mən sizi qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, qələbələr arzulayıram. Sağ olun.
***
Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi olub.
Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Mövlud Mirəliyevə, Ələkbər İmaməliyevə, Zöhrab Gözəlbəyliyə və İlahə Qədimovaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının vəsiqələrini təqdim edib.
Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Elmira Aslanova, Vəfa Musayeva, Nurəddin Rəcəbov, Eduard Məmmədov, Azər Məhərrəmov, Yaqub Abdullayev, Cahangir Ağarəhimov, Fikrət Hüseynov, Cahangir Bayramov və Coşqun Əliyev “Tərəqqi” medalları ilə təltif olunublar.
Dövlət başçısı 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə – Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə yeni mənzillərin orderlərini təqdim edib.
Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tərlan Həsənova, Asim Xudiyevə və Qərib Əliyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev idmançılarla söhbət edib.











