Kriminal

31 yaşlı kişi kafedə qətlə yetirildi – Saxlanılan var

Ağsuda 31 yaşlı kişi qətlə yetirilib.

“Zirveyolu.info” nun məlumatına görə, hadisə ötən gün rayonun Çiyni kəndi ərazisində baş verib.

Məlumata görə, kənddə yerləşən kafedə 1995-ci il təvəllüdlü Nail Əbilov kəsici alətlə öldürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Şahin Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: