İdman

Ronaldo sentyabrdan bəri ilk dəfə qol vura bilmədi – “Əl-Nəsr” məğlub oldu

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Əl-Əhli”yə qarşı oyunda fərqlənə bilməyib. Portuqaliyalının komandası Səudiyyə Liqasının 13-cü turunda 2:3 hesabı ilə uduzub.

“Zirveyolu.info” xəbər verir ki, 40 yaşlı hücumçu 14 sentyabrdan bəri çempionatda qol vura bilməyib.

Ronaldo o vaxtdan etibarən ardıcıl 9 oyunda fərqlənmişdi.

O, 12 oyunda vurduğu 13 qol ilə hələ də liqanın bombardirlər siyahısında Joao Feliks ilə birinci yeri paylaşır. Kriştianonun komanda yoldaşı da 12 oyunda 13 qol vurub.

Paylaş: