
Azərbaycan karateçisi Mədinə Sadıqova Dünya Karate Federasiyasının (WKF) Tbilisidə təşkil etdiyi beynəlxalq turnirdə gümüş medal qazanıb.
“Zirveyolu.info” xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı çıxış etdiyi 5 yarışda rəqiblərinə şans verməyib.
Həlledici mərhələdə iranlı karateçiyə kiçik fərqlə məğlub olan idmançımız ikinci yeri tutaraq gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın karateçi iştirak edir. Bu mötəbər yarışda Azərbaycan 21 idmançı ilə təmsil olunur.







