İqtisadiyyat

Dövlət Neft Fondu investisiya portfelinin tərkibində dəyişikliklər edib

İlk dəfə olaraq Dövlət Neft Fondunun investisiya siyasəti layihəsində valyuta vəsaiti portfelinin valyutalar üzrə tərkibində dəyişikliklər nəzərdə tutulub.

Bu barədə Dövlət Neft Fondunun 2020-ci ilin büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilib.
Fondun valyuta vəsaitinin məcmu dəyərinin 55-70%-i (2019-cu ildə 50%) ABŞ dollarında ifadə olunan aktivlərə, 15-30%-i (2019-cu ildə 35%) avroda olan aktivlərə, 5%-ə qədəri İngiltərə funt sterlinqində (2019-cu ildə eyni) olan aktivlərə, qalan 10%-ə qədəri isə digər valyutalarda (cari ildə eyni) ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulub.
“2020-ci il üçün Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisi 55-70%, Avroda 15-30%, İngilis funt sterlinqində 5%, digər valyutalarda isə 10% səviyyəsində olması proqnozlaşdırılır.
Eyni zamanda investisiya altportfeli daxilində olan borc öhdəlikləri və pul bazarları alətlərinin aşağı uzaqlaşma intervalının maksimum 2%-i olmaqla məcmu dəyərin 65%-i (2019-cu ildə aşağı uzaqlaşma intervalı maksimum 5% olmaqla məcmu dəyərin 55%-i) nəzərdə tutulub”, – deyə rəydə qeyd olunub.(apa)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir