Mayın 05-də gözlənilən hava şəraiti haqqında ETSN-nin verdiyi məlumatı təqdim edir:
Bakıda və Abşeron yarımadasında
Gecə bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-24° isti,
Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 9-14° isti təşkil edəcək.