Dünya

Çində həkim virusdan öldü

Çinin Uhan şəhərində həkim koronavirusdan ölüb.

Qaynarinfo xəbər verir ki, yanvarın 16-sı 62 yaşlı otolarinqoloq Lyan Udunda koronavirusun əlamətləri aşkar edilib. Yanvarın 25-i yerli vaxtla saat 7:00-də həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 1280-i ötüb, ölənlərin sayı isə 41 nəfərə çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılması ilə əlaqədar təcili iclas keçirib və bütün ölkələri hazır olmağı tövsiyə edib.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir