
Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq edilib.
“Zirveyolu.info” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisəni törətməkdə 4 nəfər şübhəli bilinir.
Belə ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər – N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar.
Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır





