Əfqanıstanda 83 sərnişin daşıyan “Ariana Afghan” hava yollarına aid bir təyyarə Taliban nəzarətində olan əraziyə düşüb.
Zirveyolu.info Türkiyə mediasına istinadən xəbər verir ki, yerli media 83 sərnişini və ekipajı olan “Ariana Afghan Airlines” təyyarəsinin Kabildən uçduğunu yazır. Herata doğru uçan təyyarə yerli vaxtla saat 13.15-də Qazne dağlıq ərazisindəki Deh Yak bölgəsində qəzaya uğrayıb. Yerli media bölgənin Taliban nəzarətində olduğunu deyir. İtkilər haqda məlumat bir azdan veriləcək.