Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Xatirə İslam “Şən bazar” verilişinin qonağı olub.
Zirveyolu.info axşam.az-a istinadən bildirir ki, duet ortaqları aralarında müqavilə imzalandıqlarını söyləyib.
Vasif “Müqavilə var, kim pozsa, 50 min dollar ödəyəcək. Notariusda təsdiqlənib” sözlərini deyib.
Xatirə Vasiflə duetdən sonra çoxlu təkliflər aldığını bildirib:
“Oğlan dostlarımız var, gəlirlər ki, əla mahnıdır, ancaq səninlə duet oxuya bilərəm. Deyirəm ki, gərək məni başa düşəsiniz, olmaz. Kim mənimlə oxumaq istəyirsə, 50 min cəriməni ödəsin, sonra oxuyum”.