Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub.
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.
Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı, Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.