“Bu gün AFFA-nın rəhbər orqanlarına seçilənləri təbrik edirəm. İcraiyyə Komitəsinin iclasında administratif dəyişikliklər təsdiqləndi. Hər bir üzv ayrı-ayrı sahəyə cavabdeh olacaq”.
Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın yeni icraçı vitse-prezidenti seçilən Elxan Məmmədov İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra keçirilən mətbuat konfransında deyib.
O, bəzi yeni sistem tətbiq olunduğunu söyləyib: “İsgəndər Cavadov region futboluna cavabdeh olacaq, Kazbek Tuayev veteranlarla işbirliyi görəcək. Mən icraçı vitse-prezident təyin olundum. Zaur Axundov futzalla, Rauf Əliyev uşaq futboluna nəzarət edəcək. Vaqif Sadıqov məşqçilər və klublarla işbirliyi edəcək. Elşad Nəsirov milli komandalara nəzarət edəcək. Firudin Qurbanov tələbə, məktəbli futboluna cavabdeh olacaq. Elmar Məmmədyarov beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərəcək” – deyə o bildirib.
E.Məmmədov baş katib vəzifəsinin də onun özünə həvalə olunduğunu vurğulayıb.