Azərbaycanda baş vermiş dəhşətli cinayətin üstü illər sonra açılıb.
Oxu24.com xəbər verir ki, 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş Kamilə Cəfərovanın əri Nazim Cəfərov tərəfindən öldürülməsi məlum olub.
Kamil Cəfərov arvadını öldürdükdən sonra kanalizasiya borularının töküldüyü yerə atıb.
Qətlin üstü düz 7 il sonra açılıb. Qadının meyiti kanalda çürümüş şəkildə tapılıb. Meyitin kimliyini müəyyən etmək mümkün olmadığından meyit kimsəsizlər qəbiristanlığında dəfn edilib.
Polis əməkdaşlarının apardıqları istintaq zamanı müəyyən edilib ki, qadını əri Nazim Cəfərov öldürüb.
Hadisə ilə bağlı ətraflı video materialı təqdim edirik:
<embed width=”500″ height=”300″ src=”https://bax.tv/player/91377.html” frameborder=”0″ webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen><embed>