Cəmiyyət Manşet

İran nefti “boz bazar”da satılacaq – ABŞ-ın sanksiyalarından yayınmaq mümkün olacaqmı?

“Reuters” agentliyi İranın dövlət agentliyi olan “İRNA”-ya istinadən xəbər verir ki, rəsmi Tehran ABŞ-ın İranın neft ixracına qoyduğu sanksiyalardan yayınmaq üçün bütün resurslarını səfərbər edib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, İran neftinin “boz bazarda” satılması istiqamətində işlər görülməkdədir.

“İran ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyaları qeyri-qanuni sayır”, – İranın neft nazirinin müavini Əmir Hüseyn Zamani bazar günü yerli mediaya verdiyi açıqlamada belə deyib.

“Reuters” xatırladır ki, ABŞ İrandan neft alan ölkələrə açıq mesaj vermişdi: “Mayın birinə qədər İrandan neft idxalını dayandırın, əks təqdirdə ABŞ-ın sizlərə də tətbiq edəcəyi iqtisadi sanksiyalara hazır olun”.

“Biz bütün resurslarımızı səfərbər etmişik ki, öz neftimizi “boz bazarda” (grey market) sataq. Bu, qaçaqmalçılıq deyil. Bu, qeyri-qanuni saydığımız sanksiyalardan yayınmaq üçün həyata keçiriləcək”.

“Boz bazar” (grey market) siyasi termindir. Belə bazarda satılan mallar qanundan qismən kənar sayılır. Hər hansı bir ölkə və ya şirkət öz malını ikinci, bəzənsə üçüncü tərəfin əli ilə müştəriyə çatdırır.

Qeyd edək ki, Qərb texnologiyasına çıxışı bağlı olan İran məhz “boz bazar” üzərindən özünə gərəkən malların alışını təşkil edə bilib. Təbii ki, bu bazarda imkanlar o qədər də geniş deyil. O da aydındır ki, İran öz neftini “boz bazar”da mövcud qiymətlərdən ciddi şəkildə ucuz satmalı olacaq. Həm də İran heç bir halda əvvəlki həcmdə neft sata bilməyəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir