Kriminal

Qusarda toyda qanlı dava – Təfərrüat

Qusar rayonunda toy məclisində qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Adil Xanbubayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə rayonun Gican kəndində toy mərasimində baş verib. Kənddə keçirilən toy mərasimində kənd sakini Gülməmməd Əlimətov sərxoş vəziyyətdə həmkəndlisi Adil Xanbubayevlə mübahisə edib. Mübahisə dava ilə nəticələnib.

Gülməmməd Əlimətov Adil Xanbubayevi yerə yıxaraq onu boğmaq istəyib. Bu zaman Adil Xanbabayev üzərində gəzdirdiyi bıçaqla Gülməmməd Əlimətova 3 zərbə endirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisənin baş verməsinə səbəb musiqi sifarişi üstündə yaranan mübahisə olub.

İstintaq orqanı tərəfindən Adil Xanbubayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir