Azərbaycan Beynəlxalq Bank yenə müştəriləri həyəcanlandırıb və panikaya salıb.
Sosial mediada ABB kartları ilə bağlı problem yarandığı haqda məlumatlar yayılır. Bildirilir ki, kart hesablarında pulların silinməsi və ya borc göstərilməsi hallarına rast gəlinir.
Bu da müştərilərin narahatlığına səbəb olub. Hazırda bankın çağrı mərkəzi ilə əlaqə saxlamaq da mümkün deyil. Bildirilir ki, növbəti dəfə sistemdə texniki problem yaşanmaqdadır. Bundan əvvəl də müştərilərin hesabından vəsaitin silinməsi halları olmuşdu, texniki problemlər həllini tapandan sonra bərpa olunmuşdu.
Sosial media istifadəçilərinin sözləri görə, sadəcə, ikinci dəfə belə halın təkrarlanması göstərir ki, ABB öz etibarlılığını itirir, reputasiyası zədələnir. Çünki müştərilər üçün bank kartının təhlükəsizliyi ən prioritet məsələdir.(Tribuna.az)





