Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Cenevrədə keçirilən görüş başa çatıb.
Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Facebook” hesabında məlumat verib.
13:33
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların növbəti mərhələsi başlayıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan “Twitter”də məlumat yayıb.
O qeyd edib ki, danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edirlər.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar ötən gündən başlayıb və danışıqların ilk mərhələsi yeddi saat davam edib.