“Telegram” messencerinin yaradıcısı “WhatsApp” tətbiqindən istifadənin səbəb olduğu təhlükələrdən danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Pavel Durov qeyd edib ki, istifadəçilər tez-tez smartfonları dəyişdirərkən məlumatları ehtiyat nüsxə faylında saxlayırlar. Bu fayl şifrələnməmiş olduğu üçün təhlükəlidir.
O həmçinin əlavə edib ki, tətbiq qurucuları tərəfindən qəsdən yaradılan və təhlükəsizlik qüsurlarını aşkar edən proqramlar yazışmaların məxfiliyini aradan qaldırma üçün istifadə edilə bilər.
“Tərtibatçılar bu addımı hüquq mühafizə orqanlarının təzyiqi altında edirlər. “WhatsApp”da olduğu kimi gizli mənbə kodu olan tətbiqlərə etibar etməməyi məsləhət görürəm”, – deyə Pavel Durov əlavə edib.
Qeyd edək ki, dünyanın ən varlı şəxsi sayılan “Amazon”un sahibi Jeff Bezosun telefonundakı şəxsi məlumatlar “WhatsApp”a göndərilən fayl vasitəsilə ələ keçirilmişdi.