Dünya

Çində koronavirusa yoluxanların sayı 17 205, ölənlərin sayı 361 nəfərə çatıb – YENİLƏNİB

Çində yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 17 205 nəfərə çatıb, bu virus nəticəsində isə 361 insan ölüb.

Zirveyolu.info “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Səhiyyə Komitəsinin açıqlamasında deyilir.

“Yoluxan 17 205 insandan 296 nəfərinin vəziyyəti ağırdır, 475 xəstə sağalaraq xəstəxananı tərk edib, ölənlərin sayı isə 361 nəfərə çatıb. Ümumilikdə 21 558 yoluxma halı qeydə alınıb”, – deyə məlumatda qeyd olunur.

Açıqlamaya görə, təkcə bazar günü Çində 2829 yoluxma halı və 57 ölüm aktı qeydə alınıb: “Ümumi olaraq 189 583 insan xəstəliyin daşıyıcıları ilə sıx əlaqədə olub, onlardan 152 700 nəfəri tibbi nəzarət altındadır”.

***

Saat 03:10

Çinin Hubey əyalətində yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı daha 2103 nəfər artaraq 11,1 minə çatıb. Bölgədə 350 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə “Reuters” ÇXR-in dövlət televiziyasına istinadən məlumat yayıb.

Buna qədər “Wangi” xəbər portalı yerli rəsmi dairələrə istinadən Çində koronavirusa yoluxanların sayının 109 nəfər artaraq 14489 nəfərə çatması, 304 ölkə vətəndaşının bu xəstəlikdən ölməsi və 418 xəstənin də sağalaraq tibb müəssisələrini tərk etməsi barədə xəbər yaymışdı.

Koronavirusun pik səviyyədə qeydə alındığı Hubey əyalətində isə 9 mindən çox insanın bu növ pnevmoniyanın daşıyıcısına çevrildiyi, 294 nəfərin də öldüyü bildirilmişdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir