Cəmiyyət

Transformatorlarda yaşanan FACİƏ – SƏBƏB NƏDİR?

Uşaqların transformatorun üstünə çıxması, içinə daxil olması və nəticədə ölməsi, yanıq xəsarətləri alması ilə bağlı mətbuatda mütəmadi məlumatlar yayılır.

Fevralın 4-də Zaqatalada yüksək gərginlikli elektrik transformatorunun üstünə çıxan uşaq yanıq xəsarətləri alıb. Bir müddət əvvəl Qusarda itkin düşən yeniyetmənin meyiti də transformatorun içindən tapılıb. Bu hallar nədən qaynaqlanır? Transformatorlarla bağlı təhlükəsizlik tədbirləri lazımi səviyyədə təşkil olunmurmu?

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az -a açıqlamasında deyib ki, uşaqları evdə tarnsformatorların, ümumiyyətlə elektrik enerjisi avadanlıqlarının təhlükəsi ilə bağlı məlumatlandırmaq lazımdır.

Yaşanan faciələrə gəlincə, T.Mustafayevin sözlərinə görə, “Azərişıq”ın yeni quraşdırdığı transformatorların hamısı hasara alınıb: “Çəkilən hasarların üzərində “Təhlükəlidir”, “Yaxınlaşmayın”, “Diqqətli olun!” kimi işarələr hamsı var. Lakin bəzi özəl yerlərdə – dağlarda, sahibkarlıq təsərrüfatlarında quraşdırılan transformatorlar da var və problemlər də həmin yerlərdə yaşanır. Biz mütəmadi olaraq onları da məlumatlandırırıq. Diqqətlərinə çatdırırıq ki, transformatorları hasara almaq lazımdır.

Bu cür transformatorların sayı çox deyil. 10-15 il əvvəl belə özəl transformatorların quraşdırılması çox olurdu. Amma indi elektrik enerjisi təchizatı yaxşılaşır. “Azərişıq” yaranandan regionlarda çox sayda yenilənmələr həyata keçirilib. Yeni yarımstansiyalar inşa olunub”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir