Prezident İlham Əliyev Balakən rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (155 km)-Qullar-Tülü-Talalar-Şərif-Acılıqbinə-Qaysa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
Sərəncama əsasən, otuz min nəfər əhalinin yaşadığı yeddi yaşayış məntəqəsini birləşdirən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (155 km)-Qullar-Tülü-Talalar-Şərif-Acılıqbinə-Qaysa avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,6 milyon (on yeddi milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.