İraqın Nəcəf şəhərində Muxtada Əl Sədrin tərəfdarları ilə aksiyaçılar arasında toqquşma baş verib.
Redaktor.az xəbər verir ki, Sədrin tərəfdarlarının aksiya keçirilən “Sədreyn” meydanına zorla girməyə çalışması iki qrup arasında gərginliyə səbəb olub.
Tərəflər arasında baş verən silahlı mübarizədə Sədr tərəfdarlarının açdığı atəş nəticəsində 6 aksiyaçı ölüb, 40-dan çox adam isə yaralanıb.