Rusiyanın Federal Təhqiqatlar Bürosunun (FTB) Hərbi Əks-kəşfiyyat Xidmətinin əməkdaşları Silahlı Qüvvələrin Baş qərargah rəisinin müavini, general-polkovnik Xəlil Arslanovu saxlayıb.
Bu barədə “Kommersant” mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, general-polkovnik külli miqdarda dələduzluqda ittiham olunur.
Qəzetin məlumatına görə, X.Arslanov Moskvadakı evində saxlanılıb və ifadə vermək üçün Baş Hərbi İstintaq İdarəsinə aparılıb.
Bundan sonra general-polkovnik 235-ci qarnizon hərbi məhkəməsinə çatdırılıb.
Məhkəmədə onun iki ay müddətinə həbs olunması barədə vəsatətə baxılacaq.