Sosial

MTRŞ -dan erotika və qəddarlıqla bağlı qərarın ləğv edilməsinə AİD AÇIQLAMA

Xəbər verdiyimiz kimi, fevralın 5-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbul olunması ilə əlaqədar “Televiziya və radio yayımı haqqında” qanunda edilən dəyişikliklər müzakirə olunub. Bildirilir ki,”Televiziya və radio yayımı haqqında” qanunun 33-cü maddəsində edilən son dəyişikliyə əsasən, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci ildə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar” hüquqi qüvvəsini itirdiyindən şuranın qərarı ilə ləğv olunub.

Sonxeber.az mövzu ilə bağlı MTRŞ ilə əlaqə saxlayıb. Qurumdan verilən məlumatda “Qaydaların ləğv olunması” ondan daha yüksək hüquqi qüvvəyə malik olan qanunun qəbul olunması ilə izah edilib.

Həmçinin, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun 2018- ci ilin noyabr ayında qəbul olunub və 2020-ci ilin yanvar ayından qüvvədə olduğu bildirilib. Qanun qüvvədə olduğundan, qaydaların hüquqi qüvvəsini artıq itirmiş sayıldığı açıqlanıb:

” Qanun daha üstün qüvvəyə malikdir. Qəbul edilən qanun 2020-ci ilin yanvarın 1- dən qüvvədədir. Həmin qanunda hər şey izah olunub. Bu, sadəcə hüquqi bir prosedur idi. Qaydalarda olan bütün müddəalar həmin qanunda da öz əksini tapıb. Qanun daha üstün qüvvəyə malikdir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir