Cəmiyyət

SOCAR hava şəraitinin kəskinləşməsi ilə bağlı dənizçiləri təxliyyə etdi

 

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sinoptiklərin bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskinləşəcəyi proqnozu ilə əlaqədar təxliyyə tədbirlərinə başlayıb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Report-a bildirib ki, 1000 nəfərə yaxın işçi sahilə təxliyə olunub.

“Bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskinləşməsi proqnozlaşdırılır. Dənizdə küləyin sürətinin 35-40 m/saniyəyədək artması gözlənilir. Buna görə dəniz platformalarında, estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb. Bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək”,- İ.Əhmədov qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir