Müğənni Xatun Əliyeva “Hər şey daxil” verilişində qonaq olarkən qalmaqallı açıqlama verib.
Axşam.az xəbər verir ki, sənətçi canlı yayımda ad çəkmədən tanınmış müğənnilərdən birinin 30 manatlıq doldurulma ətiri məclislərdən birinə hədiyyə apardığını bildirib:
“Eşitmişəm ki, bu yaxınlarda tanıdığımız müğənnilərdən birinə 30 manat dəyəri olan doldurulma ətir veriblər. O da həmin parfümü başqa bir müğənninin ad günü məclisinə hədiyyə aparıb. Həqiqətən də çox gülüncdür. Onlar özlərinə hörmət etmirlər”.
Verilişin aparıcısı Tarix Əliyev (Tolik) isə ad günlərinə ucuz hədiyyələrlə gələn məşhurlara belə münasibət bildirib:
“Restoranda menyu 50 manatdır. Sən bura gəlmisənsə, anlamalısan ki, ən azından masanın yerpulunu ödəməlisən. Bir də görürsən ki, həmin tanınmış tək deyil, yanında prodüserini də gətirir. Onda hesab artıq yüz manat edir. Artıq sən bir yeri məşğul etmisən də… Elə də olur ki, bəziləri ad gününə özü ilə bir neçə adam gətirir, hədiyyəsi də 40 manat qiymətində ətir olur”.