İranda 1979-cu il İslam İnqilabının 41 illiyi ilə əlaqədar kütləvi yürüş keçirilir.
Zirveyolu.info xəbər verir ki, kütləvi yürüşə fevralın 1-dən start verilib. 10 gün davam edən yürüşün bu gün bitməsi nəzərdə tutulub.
Kütləvi yürüş demək olar ki, ölkənin bütün şəhərlərində, o cümlədən Tehran, Məşhəd və Təbrizdə də təşkil edilib.
Yürüş iştirakçıları İran bayraqları ilə bərabər Xomeyni və Xameneinin də portretlərini qaldırıblar.
İran hərbçiləri öz növbəsində küçələrə İran müdafiə sənayesinin son nailiyyətlərini, o cümlədən raket və bombaları da çıxarıblar.