Dünya Manşet

Gürcü fəallar David Qareci kompleksi ətrafına patrul xidmətinə başlayıblar – Qaşınırlar…

Gürcü aktivistlər David Qareci kompleksi ətrafına patrul xidmətinə başlayıblar

Gürcü fəallar Gürcüstan-Azərbaycan səhəd zonasında “David Qareci” kompleksinin delimitasiya edilməmiş hissəsində mülki patrul xidmətinə başlayacaqlarını bəyan ediblər. ONA-nın Gürcüstan bürosunun məlumatına görə, hərəkatın rəhbərlərindən olan David Katsarava bildirib ki, patrul xidməti ancaq turist marşrutu üzərində fəaliyyət göstərəcək.

“Məqsədimiz eyni zamanda buradakı vəziyyətlə bağlı cəmiyyətə tez-tez informasiya ötürməkdir. 3-4 gün idi ki, buradakı vəziyyətlə bağlı heç bir xəbər ala bilmirdik. Məsələ tam həll olunana qədər burada qalmağı planlaşdırırıq” – deyə David Katsarava bildirib.

O, fəalların Azərbaycan sərhəd keşikçiləri ilə birbaşa dialoqa girməyəcəklərini deyib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Azərbaycan Gürcüstanla dövlət sərhədinin delimitasiyası prosesinin ən qısa zamanda başa çatmasının tərəfdarıdır. Onun sözlərinə görə, bu proses nə qədər tez yekunlaşarsa, hər iki tərəf üçün bir o qədər yaxşıdır.

Həmçinin Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyətlərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi görüşü keçirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir