Siyasət

Gülər Əhmədovanın oğlu həbs edildi – SƏBƏB

Bakıda keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub.

Zirveyolu.info  bildirir ki, hadisə fevralın 9-da, Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

Onun idarə etdiyi BMV markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib. // Report

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir