Bakı Dövlət Universitetinin müəlliminə qarşı 50 min manatlıq dələduqluq etməkdə təqsirləndirilən Eldar Yusifov barəsindəki hökmdən porkurorluq protest verib.
BakuPost-un məlumatına görə, prokurorluq Eldar Yusifova verilən cəzasının ağırlaşdırılmasını tələb edib.
Protest Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına araşdırılır.
Məhkəmənin ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı fevralın 26-a təyin edilib.
Qeyd edək ki, 1967-ci il təvəllüdlü Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda – 50 min pul alaraq vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədini verib. O, məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, pulu Elbrus Əliyev adlı şəxsə verib. E.Əliyev isə istintaqdan yayındığı üçün axtarışa verilib.
Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimdir. İllərdir BDU-da çalışan H.Məmmədov bir müddət kafedra müdiri olub.
E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Yusifov 11 min manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.(BakuPost)