Dünya

Rusiyada iki maşın buzlu çaya aşıb: ölənlər var

Rusiyanın Xabarovsk vilayətində qanunsız keçidlə Amur çayını keçən iki avtomobil buzlu suya aşıb.

“RİA Novosti” xəbər verir ki, nəticədə iki nəfər ölüb, bir nəfər xilas ola bilib.

Məlumatda deyilir ki, dünən gecə balıq üç avtomobil balıq ovundan Xabarovsk şəhərinə qayıdırmış.

Voronejskoe-3 kəndinin yaxınlığında iki avtomobil buzlu suya aşıb.

“İlk növbədə suya “UAZ Patriot” avtomobili aşıb. Onun içində olan iki kişi avtomobili tərk edə bilməyiblər. Arxadan gələn “Toyota Rush” avtomobili də batmağa başlayıb. Lakin onun sürücüsü cəld tərpənərək pəncərədən çıxa bilib. Üçüncü avtomobilin bəxti gətirib. O təhlükəli əraziyə çatmamış bərk buzun üstünə qayıda bilib”, – məlumatda deyilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir