“Yuventus”un forvardı Paulo Dibala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qoal.az xəbər verir ki, “Mançester Yunayted” 25 yaşlı futbolçu üçün 85 milyon funt-sterlinq ödəməyə hazırdır.
“Yuventus”un 100 milyon avroluq təklif qarşılığında Dibalanı sata biləcəyi barədə söhbətlər gəzir.
Argentinalı futbolçu ilə “Bavariya” (Almaniya) da maraqlanır.
Cari mövsümdə 27 oyuna çıxan Dibala 5 qol vurub, 6 məhsuldar ötürmə edib.