ABŞ prezidenti Donald Trampın fəaliyyətinin qiymətləndirilməsinə görə reytinqi ən yüksək səviyyəyə çatıb. Amerikalıların 46%-i prezidentin fəaliyyətinə müsbət qiymət veriblər. Bunu “Gallup” sosioloji xidmətinin tədqiqatlarına istinadən “İTAR-tass” yazır.
“Bizimyol.info” xəbər verir ki, ekspertlərin fikrincə, tendensiya ÜDM-in artım tempinin yüksəlməsi və gözlənilən iş yerlərinin sayının artırılması ilə bağlıdır. Bu yüksəlişə həm də, xüsusi prokuror Robert Müllerin “2016-ci ildə Amerikada keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi” ilə bağlı məruzəsi də təsir göstərib.
Sosioloqlar qeyd edirlər ki, cəmi bir neçə ay ərzində Trampı dəstəkləyənlərin səviyyəsi demokratlar arasında 4% -dən 12% -dək artıb. Hazırda onun siyasi kursundan narazı olanlar 50% təşkil edib.
Sorğunu 17-30 apreldə yetkinlik yaşına çatmış 1024 amerikalı arasında keçiriblər.
Prezident Donald Tramp 2020-ci ildə keçiriləcək Birləşmiş Ştatların dövlət başçısı seçkilərnə hansısa başqa bir dövlətin müdaxilə etməsini istəmədiyini bildirib.